Zelenski Baxmutun işğalını təsdiqlədi, Prezident Ofisi təkzib etdi - YENİLƏNİB

 

Ukrayna Prezident Ofisi ölkə başçısı Volodimir Zelenskinin guya Baxmutun rusiyalılar tərəfindən ələ keçirildiyinin təsdiqlədiyinə dair mətbuatda yayılan məlumatı təkzib edib.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Prezident Ofisinin mətbuat katibi Sergiy Nikoforov feysbukda yazıb.

Mətbuat katibi Zelenskiyə ünvalanan sualın fərqli olduğuna işarə edib:

“– Rusiyalılar bildiribər ki, Baxmutu alıblar.

Prezidentin cavabı:

– Fikrimcə, yox.

Beləliklə, Prezident Baxmutun alındığını təkzib edib”.

Həmin sualın verildiyi anın görüntüləri də KİV-də yayılıb.

“Cənab Prezident, Baxmut hələ də Ukraynanın əlindədir? Rusiyalılar bildiriblər ki, Baxmutu alıblar”, - jurnalist bildirib.

Zelenski isə “Fikrimcə, yox” deyə cavab verib.

***

Ukrayna Prezidenti Volodimir Zelenski qızğın döyüşlərin getdiyi Baxmut şəhərinin ələ keçirildiyini etiraf edib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə dövlət başçısı Yeddilik Qrupunun (“G7”) sammitində jurnalistlərin Baxmutun Kiyevin nəzarətində qalıb-qalmadığı barədə sualını cavablandırarkən bildirib.

“Düşünürəm ki, yox. Bu gün Baxmut ancaq bizim qəlbimizdədir”, - o, ABŞ Prezidenti Cozef Baydenlə görüşdən öncə açıqlayıb.

0.19223594665527