Ukrayna iki “IRIS-T” HHM sistemi alacaq

 

“Növbəti il ​​yarım ərzində “IRIS-T” hava hücumundan müdafiə sistemlərinin sayı üç dəfə artacaq. Onların ümumi sayı 10 vahidi keçəcək”.

Demokratikmusavat.com xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin müavini Andrey Melnik deyib.

“Bu gün Ukraynada 2 sistemimiz var, ötən il bizə vəd edilən 2 sistem bu ilin sonuna qədər təhvil veriləcək. Yəni 4 sistemimiz olacaq.

Baxın, ruslar bizim sistemimizi pilotsuz təyyarələrlə tükətməyə çalışırlar ki, qiymətli raketlərdən istifadə edək. Ona görə də düşünürəm ki, tezliklə təkcə Kiyev deyil, Ukraynanın digər irili-xırdalı şəhərləri də qorunacaq”, - Melnik bildirib.

0.19239497184753