Jozep Borrel Ceyhun Bayramovla görüşü ilə bağlı paylaşım edib - FOTO

 

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü ilə bağlı paylaşım edib.

O bildirib ki, Aİ Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik istiqamətində fəaliyyətini davam etdirir.

“Görüş zamanı müzakirələrdə Aİ Şurasının Prezidentinin vasitəçiliyi ilə üçtərəfli müzakirələrin yenidən başlanması müsbət qarşılandı. Biz həmçinin Aİ-Azərbaycan münasibətlərinə dair fikir mübadiləsi apardıq”, - deyə Borrel “Twitter” hesabında qeyd edib.

0.16395807266235