Prezident: “İkinci Qarabağ savaşında Türkiyənin Azərbaycanın yanında olması bizə əlavə güc verdi”

 

“İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrə qədər əziz qardaşım Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi”.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında söyləyib.

Prezident Ərdoğanın açıqlamalarının, mesajlarının Azərbaycanı birmənalı olaraq dəstəklədiyini bildirən dövlətimizin başçısı deyib:

“O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi”.

0.19894886016846