Kadi dubl etdi, 14 milyonluq təklif aldı - VİDEO

 

“Qarabağ”ın “Krasnodar” klubuna satdığı yarımmüdafiəçi Kadi Borxes ötən gün Rusiya Premyer Liqasının 19-cu turunda “Dinamo” ilə matçda dubl edib.

Demokratikmusavat.com ” xəbər verir ki, o, komandasına qələbə gətirən qolların müəllifi olub.

Braziliyalı vinger qarşılaşmanın ən yaxşı futbolçusu seçilib.

Onun inamlı çıxışından sonra “Zenit”dən təklif aldığı bildirilir. Məlumata görə, Sankt-Peterburq təmsilçisi Kadi üçün 14 milyon avro transfer məbləği ödəməyə hazırdır.

0.18502593040466