NATO-ya daxil olduqdan sonra İsveçdə nüvə silahı olmayacaq - XİN

 

NATO-ya daxil olduqdan sonra İsveçin ərazisində nüvə silahı olmayacaq.

“Demokratikmusavat.com” xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Tobias Billström bildirib.

XİN rəhbəri, həmçinin sülh dövründə ölkəsinin ərazisində NATO-nun daimi hərbi bazalarının olmayacağını deyib.

Qeyd edək ki, Finlandiya və İsveç 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət edərək, Ukraynadakı hadisələrin onları bu addımı atmağa sövq etdiyini bildirib. Bu ölkələrin alyansa qoşulması barədə protokollar təkcə Macarıstan və Türkiyə tərəfindən ratifikasiya olunmayıb.

0.1906840801239