Belarus "Buk"u sınaqdan keçirdi

 

Belarusda yerli “Buk-MB2” zenit-raket kompleksi üçün yaradılmış raketin növbəti ilkin sınaqları uğurlu olub.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Belarus Dövlət Hərbi-Sənaye Komitəsi məlumat yayıb.

"Dövlət Hərbi Sənaye Komitəsi Belarusun Buk-MB2 hava hücumundan müdafiə sistemi üçün hazırlanmış 9M318 yerli zenit idarəolunan raketinin ilkin sınaqlarını uğurla həyata keçirir", - komitənin məlumatında deyilir.

0.19255590438843