Rusiyada Daxili İşlər Nazirliyinin əsas binasında yanğın olub

 

Moskvada Rusiya Daxili İşlər Nazirliyinin şəhər üzrə Baş İdarəsinin Petrovka küçəsində yerləşən binasının üçüncü mərtəbəsində yanğın baş verib.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.

“Yanğın Moskvanın mərkəzində, Petrovka, 38 ünvanında Daxili İşlər Nazirliyinin Baş İdarəsinin binasının üçüncü mərtəbəsini əhatə edib”, - məlumatda deyilir.

Hazırda yanğınsöndürənlərin hadisə yerində molduğu bildirilib. Zərərçəkənlər barədə məlumat verilməyib.

0.18779993057251