İmran Xanın həbs qərarına yenidən baxıldı

 
İslamabad Ali Məhkəməsi Pakistanın sabiq Baş naziri İmran Xanın şəhər dairə məhkəməsi tərəfindən verilən həbs qərarını dayandırıb.
 
Demokratikmusavat.com ” xarici KİV-ə istinadən xəbər verir ki, Ali Məhkəmənin hökmünə əsasən, İmran Xan 2023-cü il martın 13-də dairə məhkəməsinə gəlməlidir.
 
Qeyd edək ki, Pakistan polisi Xana qarşı terrorla mübarizə qanununu pozduğuna görə ittiham irəli sürüb. İttihamlar Xanın İslamabadda yüzlərlə tərəfdarının qarşısında çıxışından sonra irəli sürülüb. Siyasətçi görüş zamanı əsas köməkçilərindən biri olan Şahbaz Gillin həbsinə görə polis əməkdaşları və qadın hakimi məhkəməyə verməklə hədələyib.
0.36103796958923