Çox sayda insanın həlak olduğu binanın podratçısı həbs edildi

 

Adıyaman vilayətində çox sayda insanın həyatını itirdiyi binaların podratçısı Yasin Akbaş həbs edilib.

"Demokratikmusavat.com" xəbər verir ki, şübhəli haqda Maliyyə Cinayətlərinə Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırma aparılıb.

3 obyektin podratçısı olan Yasin Akbaş İstanbulda saxlanılıb.

Adıyaman Respublika Prokurorluğu tərəfindən aparılan araşdırmada nəzarətə alınan şübhəli, gətirildiyi məhkəmə tərəfindən tutularaq təcridxanaya təhvil verilib.

0.19628691673279