FIFA bu ölkələrə bir milyon dollar yardım ayırıb

 

FIFA Türkiyə və Suriyaya zəlzələyə görə humanitar yardım göstərəcək.

"Demokratikmusavat.com" ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bunun üçün 1 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb.

FIFA Türkiyə Futbol Federasiyası (TFF), Suriya Futbol Assosiasiyası (SFA) və qeyri-hökumət təşkiları ilə məsləhətləşmələrdən sonra zəruri əşyaların alınmasına, paylanmasına başlayacaq.

Qurum vəziyyəti izləyəcəklərini, gələcək tədbirlər üçün TFF və SFA ilə əməkdaşlığı davam etdirəcəklərini bildirib.

0.19106292724609