Türkiyədə xəbər alınmayan Azərbaycan vətəndaşlarının sayı açıqlandı - YENİLƏNİB

 

Xarici İşlər Nazirliyi Türkiyədə zəlzələ bölgəsində yaşayan və xəbər ala bilmədiyi Azərbaycan vətəndaşları barədə açıqlama verib.

Demokratikmusavat.com xəbər verir ki, XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, hələ ki doqquz vətəndaşımızdan məlumat almaq mümkün olmayıb:

“Amma bu say hər an dəyişə bilər”.

***

Türkiyədə aparılan axtarış-xilasetmə tədbirləri çərçivəsində indiyə qədər zəlzələ nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 10 nəfərə çatıb.

 Demokratikmusavat.com xəbəri Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığını bildirib.

Bildirilib ki, əvvəlki günlərdə şəxsiyyətləri müəyyən edilmiş 6 nəfər vətəndaşımızdan əlavə, 2002-ci il təvəllüdlü İsmayıllı Hümam Fəxri oğlunun, 2000-ci il təvəllüdlü Nəzərzadə Gündüz Mübariz oğlunun, 2000-ci il təvəllüdlü Quliyev Samir Həsən oğlunun, 1950-ci il təvəllüdlü Qocayeva Lida Süleyman qızının vəfat etdikləri müəyyən olunub.

Həlak olmuş vətəndaşlarımızın cənazələrinin fevralın 16-da Azərbaycana gətirilməsi nəzərdə tutulur.

Bu dəhşətli zəlzələdə həlak olan həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

0.16043210029602