Paralel.az " xəbər verir ki, ..."> Paralel.az " xəbər verir ki, ...">

Rumıniyada naməlum uçan obyekt göründü

 

Rumıniyada səmada 11 min metr hündürlükdə şarabənzər naməlum obyekt görünüb.

Demokratikmusavat.com xəbər verir ki, Rumıniya Hərbi Hava Qüvvələrinin hava müşahidə sistemi ölkənin cənub-şərqində hava zonduna bənzər xüsusiyyətlərə malik kiçik hava hədəfi aşkar ediblər.

Ölkənin Müdafiə Nazirliyi bildirib ki, Hərbi Hava Qüvvələrinə məxsus iki MiQ-21 LanceR təyyarəsinin ekipajları hava hədəfinin nə vizual olaraq, nə də radarlarda olduğunu təsdiqləyiblər. Təyyarələr təxminən 30 dəqiqə ərazidə havada olub, sonra onlar aviabazaya qayıdıblar.

0.24472880363464