Abramoviç Ukraynaya 2,3 milyard ayırdı

 

Rusiyalı biznesmen Roman Abramoviç "Çelsi" futbol klubunun satışından əldə etdiyi vəsaitin bir hissəsini Ukraynaya göndərəcək.

Demokratikmusavat.com ” xəbər verir ki, bu haqda “The Telegraph” nəşri yazıb.

Nəşr bu məbləğin 2,3 milyard funt sterlinq olduğunu açıqlayıb.

Abramoviç hələ İngiltərənin sanksiyalar siyahısına daxil edilməmişdən əvvəl “Çelsi”ni satdığını açıqlamışdı. 2022-ci ildə Abramoviç bu vəsaiti “zərərçəkənlərə kömək etmək üçün” Ukraynaya köçürəcəyini vəd etmişdi.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Kanada hakimiyyəti Ottavadan iqtisadi sanksiyalar altında olan Abramoviçin həbsi və aktivlərinin müsadirə edilməsi prosesinə başlayıb.

0.17510795593262