Xalq artisti xəstəxanaya yerləşdirilib

 

Xalq artisti Naibə Allahverdiyanın səhhətində problem yaranıb.

"Demokratikmusavat.com" xəbər verir ki, aktrisa təcili olaraq xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Bu barədə Allahverdiyanın həyat yoldaşı baku.ws-ə açıqlamasında bildirib:

“Naibə xanım hazırda xəstəxanadadır. Sinəsindən əməliyyat keçirib. Plastik əməliyyat deyil. Vəziyyəti yaxşıdır”.

Xatırladaq ki, Xalq artisti uzun müddət idi ki, şiddətli bel və kürək ağrılarından şikayətlənirdi.

0.14769411087036