Ronaldo 887 min avro cərimələndi

 

“Mançester Yunayted” “Tottenhem”lə oyundakı (2:0) davranışına görə Kristiano Ronaldoya sanksiya tətbiq edib.

"Demokratikmusavat.com" xəbər verir ki, 37 yaşlı futbolçu iki həftəlik maaşı (887 min avro) məbləğində cərimələnib.

Portuqaliyalı hücumçu İngiltərə Premyer Liqasının 13-cü turunun “Çelsi” ilə oktyabrın 22-də keçiriləcək oyunun iştirak ərizəsinə daxil edilməyib. Baş məşqçi Erik ten Haqın Ronaldonu heyətdən kənarlaşdırmasına səbəb onun “Tottenhem”lə oyunda (2:0) etdiyi hərəkət olub. Belə ki, Ronaldo matçın sonunu gözləmədən, ehtiyat oyunçular skamyasını tərk edərək, stadiondan gedib.

0.19946694374084