Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazanıb

 

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində 1/4 final görüşünə çıxıb.

Demokratikmusavat.com xəbər verir ki, 37 yaşlı qrossmeyster bu raundda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorovla üz-üzə gəlib. Rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən Məmmədyarov yarımfinala yüksəlib.

O, finala gedən yolda Dommaraju Qukeş (Hindistan) - Riçard Rapport (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

0.14327907562256