Mahir Emrelinin illər əvvəlki bu görüntüsü müzakirələrə səbəb oldu - FOTO

 

Azərbaycan millisinin hücumçusu və "Dinamo" (Zaqreb) klubunun üzvü Mahir Emreli sosial şəbəkədə yeni paylaşım edib.

Demokratikmusavat.com xəbər verir ki, futbolçu instaqram hesabında damağında siqaretlə çəkdirdiyi uşaqlıq fotosunu izləyiciləri ilə bölüşüb.

Mahir arxiv şəklinə ingilis dilində "Mənə demə ki, mən bu həyatdan zövq ala bilmirəm" şərhini əlavə edib. 

Emrelinin maraqlı fotosu sosial şəbəkə istifadəçilərinin müzakirələrinə səbəb olub. Onlar idmançının bu görüntüsünü bəyəndiklərini bildiriblər.

0.13225603103638