Dostunu diri-diri yandırdı: 20 dollara görə

 

Yeni Moskvada bazar günü gecə bir nəfərin diri-diri yandırıldığı vəhşi cinayətin səbəbləri məlum olub. Məlum olub ki, münaqişənin hər iki iştirakçısı avara olub.

Lent.az-ın xarici mediaya istinadən məlumatina görə, hüquq-mühafizə orqanlarındakı mənbə mübahisəyə səbəbin oğurluq olduğunu bildirib - zərərçəkmiş dostundan 2 min rubl (20 dollardan çox) oğurlayıb. Ona qəzəblənən 41 yaşlı sərxoş kişi dostuna tezalışan maye tökərək yandırıb.

Şübhəlinin 10 ilə yaxındır avara həyat tərzi sürdüyü məlum olub.

0.73409414291382