Neft qiymətləri cümə axşamı dördüncü sessiyada artım nümayiş etdirib, "Brent" nefti isə üç həftənin ən yüksək səviyyəsinə çatıb.
"Demokratikmusavat.com" xəbər verir ki, buna səbəb Neft İxrac Edən Ölkələr Təşkilatı və müttəfiqlərinin (OPEC+) hasilatı gündəlik təqribən 2 milyon barel azaltmaq barədə qərarı olub ki, bu isə 2020-ci ildən bəri ən böyük azalma olum.
Dekabr ayı üçün "Brent" markalı neft fyuçersləri əvvəlki sessiyada 1,7% bahalaşdıqdan sonra 0,22 dollar və ya 0,2% bahalaşaraq bir barel üçün 93,59 dollara çatıb.
ABŞ-ın Qərbi Texas (WTI) markalı xam neftinin noyabr fyuçersləri isə 1,4% bahalaşmanın ardından 0,22 dollar və ya 0,3% dəyər qazanaraq barel üçün 87,98 dollar olub.
Bildirilir ki, "OPEC+" ölkələrinin bəzilərində hasilat üzrə hədəf səviyyələri aşağı olduğundan faktiki azalma iclasda razılaşdırılan gündəlik 2 milyon barel azalmadan kiçik olacaq.
Könül
Demokratikmusavat.com