Azərbaycanın kişi yığması Hindistanla heç-heçə edib

 

Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişilərdən ibarət milli komandası növbəti görüşünü keçirib.

Demokratikmusavat.com xəbər verir ki, IX turda Hindistanın 2-ci yığması ilə qarşılaşan kollektiv sülhə razılaşıb.

Şəhriyar Məmmədyarov və Rauf Məmmədov öz oyunlarını heç-heçə ilə başa vurub. Nicat Abbasov rəqibinə qalib gəlsə də, Vasif Durarbəylinin məğlubiyyəti komandanın qələbə qazanmasına mane olub.

Ümumdünya Şahmat Olimpiadası

IX tur

Kişilər

Hindistan-2 - Azərbaycan - 2:2

Qukeş Dommaracu - Şəhriyar Məmmədyarov - 0,5:0,5

Nixal Sarin - Rauf Məmmədov - 0,5:0,5

Rameşbabu Praqqnanandha - Vasif Durarbəyli - 1:0

Raunak Sadvani - Nicat Abbasov - 0:1

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

0.19411993026733