Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması şansı həmişəkindən daha realdır.
Ölkə.Az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Berlində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Əliyevlə görüşdə ilk olaraq Ermənistanla Azərbaycan arasındakı münaqişə müzakirə olunub.
“Biz bu münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq", - Şolts qeyd edib.
Şolts eyni zamanda bəyan edib ki, bu il Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər.
“Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır. Bu, bölgəyə yeni fürsət və məsuliyyət gətirir”, - Almaniya kansleri deyib.
O həmçinin Almaniya tərəfinin İrəvanla Bakı arasında sərhədin demarkasiyası ilə bağlı əldə olunmuş ilkin razılaşmadan da razı olduğunu qeyd edib:
"Berlin bu dinamikanı qoruyub saxlamaq və bu istiqamətdə cəsarətli addım atmağı dəstəkləyir".
Mürtəza
Ölkə.Az