3 ayda bu məhsulun satışından 100 milyon dollara yaxın gəlir əldə etmişik

 

Cari ilin birinci rübündə Azərbaycan xarici ölkələrə 95 milyon 476 min ABŞ dollar dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar satıb.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 milyon 638 min ABŞ dolları, yaxud da 19,8% azdır.

Hesabat dövründə ixdal olunan plastmassa və onlardan hazırlanan məmulatların dəyəri 119 milyon 790 min ABŞ dolları dəyərində olub ki, bu da illik müqayisədə 8 milyon 78 min ABŞ dolları və ya 6,3% azdır.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycanın plastmassa və onlardan hazırlanan məmulatlar ixracı ümumi ixracın 1,60 faizini, idxalı isə ümumi idxalın 3,23 faizini təşkil edib.

 

0.18578696250916