Estoniya Prezidenti sovet tankı abidəsinin sökülməsini istəyir

 

Estoniya Prezidenti Alar Karis Narva şəhərində sahildəki sovet tankı abidəsinin sökülməsinin tərəfdarıdır.

Demokratikmusavat.com xəbər verir ki, prezidentin bu barədə fikirləri ERR ictimai yayım şirkəti tərəfindən dərc olunan köşə yazısında qeyd olunub.

Karis qeyd edir ki, o, əvvəllər tankın yerində qala biləcəyinin və yanında sadəcə izahat lövhəsinin yerləşdirilməsinin tərəfdarı olub. Lakin indiki geosiyasi şəraitdə bunun artıq kifayət olmadığını düşünür. Onun fikrincə, hazırda tankın yeri muzeydir.

Karis vurğulayıb ki, Rusiyanın Ukraynaya açıq hücumu Avropada, o cümlədən Estoniyada İkinci Dünya müharibəsi ilə bağlı xatirə abidələrinin simvolik mənasını dəyişib. Çoxları üçün köhnə sovet tankı indi 1944-cü il döyüşlərini deyil, Rusiyanın Ukraynaya qarşı hazırkı müharibəsini xatırladır.

“Həmçinin mən də belə hiss edirəm, çünki Ukraynada, demək olar ki, eyni rus tanklarının insanlara çəkdirdiyi ağrı və kədəri görmüşəm”, - deyə Alar Karis əlavə edib.(oxu.az)

0.043579816818237