Avropa regionunun 38 ölkə və bölgəsində 15 926 meymun çiçəyi xəstəsi var

 

Avropa regionunun 38 ölkə və bölgəsində 15 926 meymun çiçəyi hadisəsi müəyyən edilib.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) məlumat yayıb.

2 avqust 2022-ci il tarixinə Avropanın 32 ölkəsindən TESSy Avropa müşahidə sistemi vasitəsilə iki ölüm də daxil olmaqla 15 624 hadisə qeydə alınıb. "TESSy-yə bildirilən 15 624 hadisədən 15 524-ü laboratoriyada təsdiqlənib", - hesabatda deyilir.

Ən çox yoluxma 31-40 yaş arası (41%) və kişilərdə (99,1%) olub. Tez-tez yoluxmuş şəxslər səpgi (94,8%) və hərarət, yorğunluq, əzələ ağrısı, titrəmə və ya baş ağrısı (65%) kimi sistemik simptomlarla müraciət edirdilər. 399 nəfər (5,6%) xəstəxanaya yerləşdirilib, onlardan 150 nəfərinin stasionar yardıma ehtiyacı var.

Üç xəstə reanimasiyaya yerləşdirilib, onlardan ikisi dünyasını dəyişib. 41 yoluxma hadisəsində bu tibb işçisi olub, lakin infeksiyanın peşə fəaliyyəti ilə əlaqəsi barədə məlumat verilməyib.

0.15370607376099