Atını döyən atasını baltalayıb... - 26 yaşlı Rəvanın cinayəti

 

Qubada atasını baltalayaraq öldürən oğula hökm oxunub.

Demokratikmusavat.com -ın məlumatına görə, 2021-ci ilin iyunun 9-da baş verən cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmə prosesində məlum olub ki, Qubanın Sofikənd kəndində yaşayan 1996-cı il təvəllüdlü Rəvan Sadıq oğlu Ramazanovla atası 1970-ci il təvəllüdlü Sadıq Rzaqulu oğlu Ramazanov arasında mübahisə yaranıb. Mübahisə atanın oğlunun atını ağacla döyməsi üstündə baş verib.

Belə ki, Rəvan atası tərəfindən atının ağacla döylüdüyünü görüb və ona atı vurmamasını, heyvanın əziyyət çəkdiyini deyib. Atası isə oğlunun sözünə məhəl qoymaraq ata zərbə endirməyə davam edib. Rəvan atasının əməlindən əsəbləşərək evin içinə keçib. Bu zaman Sadıq Ramazanov evə gələrək oğlundan özünü kimə göstərdiyini soruşub və onu ağır söyüşlərlə təhqir edib. Bu zaman Sadıq həyat yoldaşını da şillə ilə vurub. Mübahisənin böyüməməsi üçün Rəvan evdən həyət çıxıb. Lakin atası oğlunun arxasında çıxaraq mübahisəni davam etdirib və həyətdə olan baltanı Rəvana tərəf atıb. Zərbədən yayınan Rəvan yerdən götürdüyü həmin balta ilə atasına üç zərbə endirərək onu qətlə yetirib.

Rəvan ifadəsində atasının mütəmadi olaraq spirtli içki qəbul etdiyini, evdə tez-tez dava saldığını bildirib. O, atasını öldürmək fikrindən uzaq olduğunu bildirib.

Rəvan Ramazanov hadisədən sonra könüllü olaraq polisə təslim olub.

Məhkəmə R.Ramazanovu Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (Qəsdən adan öldürmə) ilə təqsirli bilərək ona 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib. Həmçinin cəzasının ciddi rejimli müəssisədə çəkməsinə hökm edilib.

0.40453505516052