“Rusiyanın strateji məqsədi Cənubi Qafqazda sabitliyə və tərəqqiyə töhfə verməkdir. Bu yolda əsas vəzifələrdən biri rəsmi Bakı və İrəvanın münasibətlərinin kompleks şəkildə normallaşması, həmçinin dayanıqlı sülhün bərqərar edilməsidir”.
Demokratikmusavat.com Report-a iztinadən xəbər verir ki, bunu Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
O qeyd edib ki, bu istiqamətdə səylərin əsasını təşkil edən ölkə rəhbərlərinin imzaladığı üçtərəfli bəyannamədir: “Rusiya bütün məsələlərdə, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və ictimai dialoqun qurulması, həmçinin sülh müqaviləsinin işlənib hazırlanmasında tərəfdaşlarına hərtərəfli dəstək göstərir”, - Zaxarova deyib.
“Aİ-nin yüksək səviyyədə üçtərəfli razılaşmaların icrası prosesinə qoşulma səylərinin şahidi oluruq. Ümid edirik ki, Brüssel geosiyasi oyunlar oynamayacaq, əksinə, üçtərəfli razılaşmaları reallaşdırmağa kömək edəcək”, - o əlavə edib.