Bu küçə və prospektlərində sıxlıq var - SİYAHI

 

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən Demokratikmusavat.com a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Moskva prospekti – Beynəlxalq Avtovağzalın qarşısından şəhər istiqamətində sıxlıq;

2. Tbilisi prospekti – 20 yanvar dairəsi və şəhər istiqamətində sıxlıq;

3. Alı Mustafayev küçəsi – 3 mkr dairəsində körpünün üstündən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq (20 yanvar dairəsi də daxil olmaqla);

4. Ziya Bünyadov prospekti – Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən 20 yanvar dairəsi istiqamətində sıxlıq və M.Kamal Atatürk prospekti ilə kəsişmədən Koroğlu metrosu istiqamətində sıxlıq;

5. 3 mkr dairəsi – Ceyhun Səlimov, Asif Məhərrəmov küçəsi və Cavadxan küçələrinin kəsişməsi sıxlıq;

6. Ceyhun Səlimov küçəsi – Mərkəzi Hərbi Klinik Hospitalın yanından 3 mkr dairəsi istiqamətində sıxlıq;

7. Mustafa Kamal Atatürk prospekti - Ziya Bünyadov prospekti istiqamətində sıxlıq və Ak.Həsən Əliyev küçəsi ilə kəsişmədən Gənclik metrosu istiqamətində sıxlıq;

8. Abbasqulu ağa Bakıxanov küçəsi – Türkiyə səfirliyi istiqamətində sıxlıq;

9. Koroğlu Rəhimov küçəsi – Ak.Həsən Əliyev küçəsi və Heydər Əliyev prospekti istiqamətində sıxlıq;

10. Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti istiqamətində sıxlıq;

11. Mikayıl Useynov prospekti – Bayıl yolundan Azneft dairəsi istiqamətində sıxlıq;

12. Rəşid Behbudov küçəsi – Mərkəzi Bankın qarşısına qədər sıxlıq;

13. 28 may küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq;

14. Dilarə Əliyeva küçəsi - Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq;

15. Bülbül prospekti – 28 may küçəsi ilə kəsişmədən Neftçilər prospekti ilə kəsişməyədək sıxlıq;

16. Şah İsmayıl Xətai prospekti - Heydər Əliyev prospekti istiqamətində sıxlıq;

17. Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsünün üstündəki sıxlıq;

18. Niyazi küçəsi – İçərişəhər metrosunun yanından Azneft dairəsi istiqamətində sıxlıq;

19. Heydər Əliyev prospekti – Bağırov körpüsündən şəhər istiqamətində köməkçi yol sıxlıq.

0.10604596138