AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Müəllimlərə imperator sayğısı

  178

Məmurların oxuması məsləhət deyil

Şou qəhrəmanları, əməkçi insandan daha dəyərlidir

 Bu artıq hamının dərk etdiyi həqiqətdir ki, elmi-texniki tərəqqinin aşırı inkişafı, bəşəriyyəti məhvə aparır. Biz bu gün bütün təbii olan şeyləri süniləşdirməklə bu prosesi daha da sürətləndiririk. Son zamanlar süni intellektin yaradılması sahəsində əldə olunan nailiyyətlər də, insan amilini ikinci plana atıb. Müasir, qloballaşan dünyamızda, elm, texnika və texnologiyalar inkişaf etdikcə, insanlar arasında təbii ünsiyyət məsələləri, çox təəssüf ki, mənfiyə doğru dəyişir. Elə bil insanlar öz aralarında təbii ünsiyyət qurmaqdan çəkinirlər və bunun üçün texnologiyaların verdiyi imkanlardan istifadə etməyə daha çox üstünlük verirlər.

Bugünümüzün reallığı ondan ibarətdir ki, dünyanın mövcudluğu üçün lazım olan bütün kənd təsərrüfatı məhsullarını yetişdirən, texnika və texnologiyaları yaradan əməkçi insanlar həyatın dibinə gömülüb. Onlar, sadəcə olaraq robotlaşdırılmış ucuz işçi qüvvəsinə çevrilib. Şou-biznes aləmində "at oynadan" əyləncə və şou "qəhrəmanları", tacir-biznesmenlər (daha doğrusu möhtəkirlər), rüşvət, korrupsiya, oğurluq və talançılıqla məşğul olan inhisarçı məmurlar, deputatlar və digərləri yetişməkdə olan gənc nəslə nümunə kimi təqdim olunurlar. Məhz bu səbəbdən də, bu gün gənclər bilik, savad dalınca deyil, diplom və vəzifə dalınca qaçır. Onları da qınamaq olmur, çünki bu gün Azərbaycan reallığında savad, bilik, bacarıq heç bir əhəmiyyət kəsb etmir. Əsas məsələ, kimin qohumu, yerlisi, yaxud tanışı və dostu olmasıdır. Bu kriteriyalara uyğun gəlməyənlərin ölkədə vəzifə alması, deputal kürsüsünə sahib olması müşkül məsələdir. Mən hələ yaltaqlıq, ikiüzlülük, riyakarlıq, dələduzluq kimi mənfi kriteriyaları qoyuram bir kənara.     

Bu gün hər kəs aydın şəkildə başa düşür ki, ölkəmizdə yaxşı yaşamağın bir neçə yolu var- məmur, şou-biznes təmsilçisi, idmançı, yaxud deputat olmaq.

Ölkədə normal sahibkar olmaq isə çox təhlükəli bir işdir- MTN işini xatırlayırsınız yəqin.

Mövcud Azərbaycan mühitində istehsalatın hər hansı bir sahəsində halal zəhmətlə çalışmaqla öz yaşamını təmin edə bilməzsən. Məmurlarımızın və deputatların minimum əmək haqqının 250 manat, minimum pensiyanın 200 manata çatdırılmasını az qala dünyada insan rifahının yüksəldiməsi istiqamətində inqilabi bir sıçrayış kimi təqdim etmələri isə sadəcə, riyakarlıqdır və buna başqa ad vermək mümkün deyil.  Çünki 40-50 il istehsalatda, kənd təsərrüfatının müxtəlif sahələrində çalışmaları müqabilində bir dilənçinin, bir günlük qazancı qədər dövlət təminatı (pensiya) alan insanlar göz qabağındadır. Bugünümüzün reallığıdır. Məmurların və deputatların yaşadığı imarətlərdən, istifadə etdikləri bahalı maşınların tünd şüşələrindən bütün bunlar görünməsə də, bu reallığı danmaq mümkün deyil. 

Ölkəmizdə bu reallıqları şərtləndirən bir çox səbəblər var. Məsələn, təhsili bazar və biznes hesab etməyən Finlandiyadan fərqli olaraq, Azərbaycanda təhsil əsasən biznesin ən çox "gəlir" gətirən sahəsinə çevrilib. Bununla belə, az sayda qalan pulsuz təhsil sahəsini də, biznesə qoşmaq barədə çağırışlar davam edir. Bir soruşan yoxdur ki, minimum əmək haqqının cəmi 250 manat olduğu bir məmləkətdə valideyinlər tələbə övladlarının təhsil haqqları üçün vəsaiti haradan əldə etməlidirlər? Onlar da məmur, deputat deyillər ki, pul problemləri olmasın.

Mövcud reallığı şərtləndirən digər bir səbəb, müəllimlərə imperator sayğısı göstərən Yaponiyadan fərqli olaraq, ölkəmizdə müəllimlərin ələbaxan, süpürgə, fond pulu dilənən, dilənçilər kökünə salınmasıdır. Şagirddən, tələbədən pul dilənmək (daha doğrusu zorla pul tələb etmək ) məcburiyyətində qalan müəllim onlara yüksək əxlaqi dəyərlərdən, mənəviyyatdan necə danışa bilər?

Yuxarıda Finlandiya və Yaponiyanın adını elə -belə çəkmədim. Öz sosial - iqtisadi inkişafına və insan rifahı göstəricilərinə görə, dünyanın ən inkişaf etmiş ölkələrindən hesab olunan bu dövlətlərdə təhsilə münasibət, sözün həqiqi mənasında bütün dünyaya nümunə ola bilər.

 Diqqət edin, Finlandiyanin baş nazirinə sual edirlər ki, nə üçün ölkənizdə pullu təhsi sistemi yoxdur. Nazir çox qısa, lakin ibrətamiz bir cavab verir: "Təhsil nə bazardır, nə biznes". Məncə, əlavə şərhə ehtiyac yoxdur.

Bu gün müasir texnika və texnologiyaların inkişafından söz düşəndə, ilk ağla gələn ölkə Yaponiya olur. Hansısa səbəbdən Allahu-Təalə tərəfindən demək olar ki, bütün təbii sərvətlərdən məhrum edilən bu ölkədə insanların intellekt səviyyəsi o qədər yüksəkdir ki, bütün dünya buna təəccüb edir. Necə olur ki, heç bir təbii sərvəti-nefti, qazı, qızılı və s. olmayan Yaponiya özünün iqtisadi inkişaf tempinə, insan rifahının yüksəlişinə görə ilk yerlərdən birini tutur? Bu gün ən uzunömürlü insalar da, məhz Yaponiyada yaşayırlar.

Bu inkişafın formulasını açıqlayan Yaponiyanın baş naziri deyib ki, biz bu nailiyyətlərə çatmaq üçün müəllimlərə nazir maaşı verdik,  diplomat toxunulmazlığı ilə təmin etdik, onlara imperator sayğısı göstərdik.

Bax, belə!

Deməli, hər hansı bir dövlətin uğurlu inkişafı həmin ölkədə elmə və təhsilə münasibətdən asılıdır. Elmin və təhsilin inkişafı üçün isə müəllimlər yüksək təminata sahib olmalıdırlar. Bizdə isə təhsil ən bərbad vəziyyətdə olan sahələrdən biridir. Bu da ilk növbədə müəllimlərin sosial vəziyyəti, eləcə də təhsil sahəsində baş alıb gedən biabırçılıqlara biganə münasibətdən qaynaqlanır. Bir vaxtlar təhsil naziri olan Misir Mərdanovun dövründən başlayan bu biabırçılıqların bu gün də davam etməsi, bu sahədə heç bir irəliləyişin olmadığını deməyə əsas verir. Baxmayaraq ki, bu zaman kəsiyində artıq, iki nazir dəyişib.

Bu gün birinci sinfə gedən, həyatın gərdişindən xəbəri olmayan uşaq da bilir ki, müəllimin diqqətini cəlb etmək üçün oxumaq yox, hədiyyə vermək lazımdır.

Hədiyyə, pul, rüşvət, yaltaqlıqla orta və ali məktəbi bitirən məzun da, əlinə fürsət düşən kimi, müəllimlərindən "öyrəndiklərini" həyatda tətbiq etməyə başlayır.

Mən, "keçmişdə belə deyildi, elə idi", "müəllimlərə ideal kimi baxırdıq, elə bilirdik onlar çörək yemir" kimi fikiri tirajlamaqdan çox uzağam, çünki geriyə baxıb, nostalji keçirmək yox, irəliyə baxıb, bu naqisliklərdən qurtulmağın yollarını tapmaq lazımdır.

Bu isə təkcə hökumətdən, prezidentdən asılı məsələ deyil. Əgər rüşvət alan varsa, deməli, onu verməyə meyilli insanlar da yox deyil. Bax, ilk növbədə bu şakərimizdən əl çəkmək lazımdır. Hər yerdə süpürgə, fond pulu yığan müəllimlər ilk növbədə ictimai qınağa rast gəlməlidirlər. Bu müəllimlər öz əməllərinə görə ən azından xalq qarşısında məsuliyyət daşımalıdırlar. Ən dəhşətlisi odur ki, biz həyatda bunun tam əksini görürük.

Görürük ki, daha çox adları rüşvətdə, süpürgə, fond pulu yığımında hallanan məktəb diretorları, müəllimlər " Əməkdar müəllim" digər təltiflərə layiq görülür. Onlar da bu ad və təltiflərin arxasında gizlənərək öz çirkin əməllərini davam etdirirlər. Bu yolla da gənclərimiz üçün mənəviyyatsızlıq örnəyi olurlar.

Sonda bir məsələni də xüsusi qeyd edim. Bu gun Azərbaycan təhsil sistemini mənəviyyatsızlıq məkanına, rüşvət bataqlığına çevirən müəllimlərin böyük əksəriyyəti, yuxarıda qeyd etdiyim kimi, müəllimlərin çörək yemədiyini, müqəddəs varlıq olduğunu düşündüklərini deyən, həmin dövrdə təhsil alan insanlardır. Belə olduğu təqdirdə, nə baş verdi? Nə üçün o müqəddəs insanlardan dərs alan tələbələr, dövr və zamanın dəyişməsi ilə mənəviyyatsızlıq girdabına yuvarlandılar? Çətin sual olsa da, savabı da yox deyil. Bəzi məsələləri yuxarıda açıqladım. Ən əsası burada həm mövcud cəmiyyətdə baş verənlər, həm mənəvi iradəsizlik, həm də bundan doğan öz nəfsinə sahib ola bilməmək xüsusi rol oynayır. Bu da son nəticədə maddiyyatın mənəviyyat üzərində "qələbəsi" ilə sona çatır. Bu isə heç də arzuolunan bir hal deyil. Çünki mənəviyyatsızlıq, süninin təbii üzərində qələbəsi, bəşəriyyətin sonu deməkdir.

 

 Görəsən, yeni təhsil nazirimizin bütün bunlardan xəbəri varmı?

P.S:"Məktəb proqramı nə qədər anlaşılmazdırsa, yetişməkdə olan gənc nəslin gözündə hakimiyyət bir o qədər ağıllı görünür",- bunu da bir müdrik deyib.

 Yusif Seyid

Xəbər Lenti

“YAŞAT” Fondu tərəfindən şəhid və qazi ailələri tibbi müayinələrdən keçirilib - FOTO

Buzlu yolda qızını qorumaq üçün yıxılmamağa çalışdı - VİDEO

Bayden yalnız bu məşhuru izləyir - FOTO

Zidan “Real”dan ayrılacaq?

Türk ordusu daha 3 terrorçunu zərərsizləşdirdi

Qoca Səmədovun məhkəməsi təxirə salındı

Rusiya MN-dən Qarabağda itkin düşənlərlə bağlı açıqlama

ABŞ-da etiraz aksiyalara başlayıb, saxlanılanlar var

BTC ilə ötən il nəql edilən neftin həcmi açıqlanıb

1 saylı Körpələr Evində nöqsanlar aşkarlanıb - FOTO

Qırğızıstan hökuməti istefaya getdi

Sumqayıt Dövlət Dram Teatrının şəhidlərinin xatirəsinə xitabən hazırladığı VİDEO

“Azərbaycanı dəstəkləyirəm, haqlı olduğunuzu bilirəm” - Dodo

BTQ ilə yükdaşımalarda ilk dəfə örtülü vaqonlardan istifadə edilib - FOTO

Bu şirkət pandemiyada 7 milyard dollar itirib

Gürcüstanda koronavirusa yoluxanların sayı 250 mini ötüb

Karantini pozan kafenin sahibi və müştərilər cərimələndi

Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib

"Bavariya" və "Leyptsiq"dən qələbə

Qaxda narkotik alverçisi silahla yaxalandı

"Moskva revanşist qüvvələrin hakimiyyətə gəlməsində maraqlı deyil"

Premyer Liqamızda qış fasiləsi başa çatır

"Azadlıqda yaşamağımın səbəbkarı Afətdir" - Manaf Ağayev

Azərbaycanda ölüm hallarının sayı açıqlanıb

Spirtli içkilər və siqaret vaksinin effektivliyinə təsiri edirmi? - AÇIQLAMA

Mariya Şarapovanın 683 minlik nişan üzüyü - FOTO

2020-ci ildə doğulan körpələrin sayı AÇIQLANDI

Kapital Bank 2020-ci ilin nəticələrini elan edib

Bu il Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon tondan çox neft nəql ediləcək

Peruda güclü zəlzələ baş verdi

“Eliş” ləqəbli narkotacir ələ keçdi - 300 min manatlıq narkotiklə - FOTO

Neft yenidən ucuzlaşıb

Şagirdlərin yarımillik nəticələri belə qiymətləndiriləcək - VİDEO

Ronaldu daha bir rekorda imza atdı

Bu şəxslər koronavirusa qarşı peyvənd olunmayacaq - VİDEO

Qar rayonlarda fəsadlara səbəb oldu - VİDEO

Baş Prokurorluğun daha bir sosial şəbəkəsi rəsmi olaraq təsdiqlənib

ABŞ dolları yığanlara pis xəbər - Dollar ucuzlaşacaq

Yanvarın 21-də xarici valyutaların manata qarşı məzənnələri

Təqaüdçülər üçün ən yaxşı ölkələr açıqlandı

Portuqaliyada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

Bu məhsullar üzrə ticarət dövriyyəsi artıb - Statistika

İsraildə koronavirusa yoluxanların sayı 574 min nəfəri ötüb

Dünyada ötən sutka koronavirusa 496 mindən çox yoluxma qeydə alınıb

"Yuventus" doqquzuncu dəfə İtlaiya Super Kubokunun qalibi oldu

Britaniyada bir sutkada koronavirusdan 1 820 nəfər ölüb

Bayden Den Smiti ABŞ dövlət katibi təyin edib

Əxlaqsız müəllim məhkəmədə özünə haqq qazandırmağa çalışdı, ələ salındı - FOTO

Günün qoroskopu: Problemlərlə qarşılaşmış şəxsə yardım edin.

Çin ABŞ-ın 28 vətəndaşına qarşı sanksiya tətbiq edib

Pandemiya mobil internetin inkişafına da təsir edib

Azərbaycan 2030-cu ilədək ÜDM-ni iki dəfə artıracaq - Mikayıl Cabbarov

Türkiyədə koronavirusa qarşı vaksinasiya olunanların sayı 1 milyonu ötüb

Bakıda yanğın olub

İtaliyanın mətbuat orqanları Qanlı Yanvar faciəsindən yazırlar

Cozef Bayden ABŞ-ın 46-cı prezidenti kimi fəaliyyətə başladı

Estoniyada koronavirusun Britaniya ştammı aşkarlanıb

ÜST rəhbəri bu ilin ilk 100 günü ərzində bütün ölkələrdə tibb işçiləri və yaşlı insanların vaksin alması üçün birgə fəaliyyət göstərməyə çağırıb

Belarus saytında 20 Yanvar faciəsinin ildönümünə dair məqalə dərc edilib

Viran qalmış yurd yerləri - Füzuli rayonunun Qarğabazar və Qoçəhmədli kəndlərindən görüntülər - VİDEO - FOTO

XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini qurbanlar bahasına gerçəkləşdirdi - Tarixçi

İran xarici işlər naziri Bakıya gəlir

"Fənərbaxça" - "Qalatasaray" derbisinin vaxtı açıqlandı

Madridin mərkəzində güclü partlayış olub, ölənlər və yaralananlar var

Gürcüstan Azərbaycandan çay idxalını artırıb

London sakinlərinə 20 Yanvar faciəsindən bəhs edən bukletlər paylanıb - FOTO

Madridin mərkəzində güclü partlayış olub

İlin ilk oyunları - 27 günlük fasiləyə son

Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırıb

Co Bayden prezident qismində ilk bu sənədləri imzalayacaq

İranda koronavirusdan ölənlərin sayı 57 min nəfəri keçdi

Azərbaycanda neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi artıb

Mənzərəyə baxmaq istəyən 12 yaşlı qızlar 17-ci mərtəbədən yıxıldı - FOTO

Braziliyalı aktrisa Türkiyə vətəndaşı olacaq

“Şirin peşmək planeti” alimləri heyrətə gətirdi

Türkiyə ABŞ-la müqavilə imzaladı: İcazə verilməyəcək

Finlandiyada həbsxanalardan səhvən cəzası bitməyən məhbuslar azad edilib