Üç övladı xəstə olan ana fəryad edir: "Əməliyyat üçün gecikirik"

 

Fatimə, Sahib və Dilarə Sultanovların yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Nərgiz Sultanova məlumat yayıb.

O bildirib ki, övladlarından ikisi serebral iflic, digəri isə Autizm xəstəliyindən əziyyət çəkir:

"Fatimənin 15, Sahibin 13, Dilarənin isə 10 yaşı var. Fatimə anadangəlmə serebral iflic, Sahib autizm və bel yırtığı, Dilarə autizm və serebral iflic xəstəliyindən əziyyət çəkirlər. Sahib təcili əməliyyat olmalıdır, qızlarım isə müalicə. İnanın illərdir artıq əlimizdə olan hər şeyi tükətmişik. Nə satmağa əşyamız, nə dəyərli nəyimizsə qalıb".

Nərgiz Sultanov övladlarının müalicəsi üçün yardımsevər şəxslərə səslənib:

"Mən iki dəfə ağır əməliyyatlar keçirmişəm, uşaqlara tək baxa bilmirəm. Buna görə də yoldaşım daimi iş tapıb işləyə bilmir. Gündəlik işlərə gedir. Uşaqlara tək baxmağa inanın gücüm çatmır. Uşaqların pensiyası ilə birtəhər dolanırıq. Amma hazırda Sahib əməliyyat olmalıdır, pul olmadığı üçün əməliyyat gecikir. Əməliyyat üçün 800, müalicələr üçün isə 1 200 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə bu çətin yolda dəstək olmaqlarını xahiş edirəm".

Ailə ilə əlaqə: (070) 302-95-48.

Kapital Bank: 4169 7388 8539 5032.

0.1142418384552