Ukrayna əhalinin ölümünə görə dünyada birinci yerdədir, bəs Azərbaycan?

 

Ukrayna əhalinin ölümünə görə dünyada birinci yerdədir. Eyni zamanda, Ukraynada doğum səviyyəsi digər ölkələr arasında ən aşağı göstəricidir.

Demokratikmusavat.com -ın Qaynarinfo-ya istinadən məlumatına görə, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hesabat yayımlayıb.

MKİ-nin məlumatına görə, Ukraynada ölüm göstəricisi 18,6 min nəfərdir. Bu, dünyada ən yüksək göstəricidir.

Ölüm göstəricisinə görə ikinci yerdə Litva (15,02), üçüncü yerdə Serbiya (14,9) qərarlaşıb. 

Azərbaycan 142-ci yerdədir - hər min nəfərə 6.4 ölüm halı qeydə alınır.

Ölüm nisbətinə görə sonuncu yerdə ərəb ölkələri Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Bəhreyndir.

MKİ-nin hesabatında qeyd olunduğu kimi, Ukrayna dünyada doğum səviyyəsinə görə ən aşağı ölkədir. Ölkə 228-ci yerdədir – hər min nəfərə 6 uşaq doğumu qeydə alınır. 

Azərbaycan doğum səviyyəsinə görə dünyada 161-ci yerdə qərarlaşıb, ölkədə hər 1000 nəfərə 11.2 uşaq dünyaya gəlir.

Dünyada ən yüksək doğum nisbətinə Afrika ölkələri malikdir. Birinci yerdə Nigerdir. Hər min vətəndaşa 46,6 doğum düşür.

0.10969996452332