Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin Budı qəsəbəsinə endirdiyi zərbə nəticəsində azı iki nəfər ölüb, 22 nəfər yaralanıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleh Sinehubov sosial şəbəkədə bildirib.
“Zərərçəkmişlərin sayı 22-yə çatıb. İki nəfər ölüb”, – vilayət rəhbəri qeyd edib.
Mətbuatda yayılan məlumata görə, vilayətin yaşayış bölgələri yarım saat ərzində iki dəfə atəşə tutulub.