Rusiya və ABŞ müdafiə nazirləri telefonla danışıb

 

Pentaqon rəhbəri Lloyd Ostin və Rusiya müdafiə naziri Andrey Belousov arasında telefon danışığı baş tutub.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Pentaqonun nümayəndəsi Sabrina Sinqx deyib.

O, söhbətin Rusiya tərəfinin təşəbbüsü ilə baş tutduğunu açıqlayıb.

Söhbət zamanı Ostin kommunikasiya xətlərinin açıq saxlanmasının vacibliyini vurğulayıb.

Sinqx söhbətin təfərrüatı barədə əlavə açıqlama verməyib.

 

0.16424798965454