Ermənistanda Nikol Paşinyan hökuməti kurikulumdakı tarix dərsliklərində “Erməni tarixi” əvəzinə müasir Ermənistan dövlətini işıqlandıran “Ermənistan tarixi”nin tədris edilməsinə qərar verib.
Demokratikmusavat.com xəbər verir ki, Emənistan hökumətinin təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanın bununla bağlı təqdim etdiyi qanun layihəsi Paşinyan hökuməti tərəfindən qəbul edilib.
Qanun layihəsində tarix fənninin tədrisində “Erməni tarixi” əvəzinə “Ermənistan tarixi”nin daxil edilməsi əksini tapıb.
Nazir Andreasyan “Erməni tarixi” ifadəsinin onlar üçün problem olduğunu bildirib və deyib:
“Klassik erməni dilindən tərcümədə “Hayk” sözü “Hayastan” (Ermənistan), “Hayer” (ermənilər) mənasındadır, lakin hüquqi dövlət tarixinin təqdimatı və tədrisi prosesində o, “Hayastan” ideyasını tam çatdırmır. Bu səbəbdən də, tarix dərslərin tədrisinin “Ermənistan tarixi” adı altında olmasını təklif edirik. Tövsiyə edirik ki, tarix tədrisi ilk növbədə tarixi hadisələrin müasir Ermənistan Respublikasının mövqeyindən təhlilinə və təqdim olunmasına yönəlməlidir”.
Dəyişkiliyi zəruri edən əsas məsələ qonşu ölkələrə olan iddiaların aradan qaldırılmasına, saxta tarixə son verilməsi dir. Bu da müxalifət tərəfindən kəskin etirazla qarşılanıb və gərginliyə səbəb olub.
Adıçəkilən sənəd Ermənistan hökumətinin 11 iyulda keçirilən iclasında qəbul edilib.
Mürtəza
Demokratikmusavat.com