Suriya ilə Səudiyyə Ərəbistanı arasında 13 il sonra bir ilk yaşanıb.
Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, 2 ölkə arasında uzun illərdən sonra müntəzəm kommersiya uçuşları bərpa edilib.
Dəməşq Beynəlxalq Hava Limanından havaya qalxan Suriya Hava Yollarına məxsus ilk təyyarə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına çatıb. Suriyanın Səudiyyə Ərəbistanındakı səfiri Ayman Soussan açıqlamasında bildirib ki, uçuşların bərpası iki qardaş ölkə arasında əlaqələrin inkişafında daha bir addımdır.
Digər tərəfdən, suriyalı zəvvarlar ötən ay həcc ziyarəti üçün birbaşa uçuşla Səudiyyə Ərəbistanına gediblər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2012-ci ildə Əsədin “Ərəb baharı” üsyanları zamanı etirazçılara sərt müdaxiləsi və təzyiqi səbəbindən Suriya ilə əlaqələri kəsib. Ötən ildən bir çox ərəb ölkələri Suriya ilə münasibətlərini normallaşdırmağa başlayıb.
Billurə