Qalant: İsrail bunu etməyə borcludur!

 

İsrail HƏMAS hərəkatını tamamilə məhv etməyə, həmçinin Qəzza zolağında saxlanılan bütün girovları azad etməyə borcludur.

Axar.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.

"Qəzzada HƏMAS-ı məhv etmək, eləcə də girovları qaytarmaq öhdəliyimiz var, biz bu iki şey üzərində işləyirik və bu iki amilin həyata keçirilməsinə sadiqəm",- o bildirib.

Eyni zamanda, Qalant etiraf edib ki, bu məqsədlərə nail olmaq daha uzun çəkə bilər:

"Nə qədər vaxt aparsa da, biz bu tapşırığı yerinə yetirməliyik".

0.3001389503479