Tiflisdə növbəti etiraz aksiyası keçirildi

 

Tiflisdə gənclər təşkilatları nümayəndələrinin və tələbələrin iştirakı ilə “xarici agentlər” haqqında qanun layihəsinə qarşı növbəti mitinq keçirilib.

Aprelin 24-ü axşam saatlarında nümayişçilər ənənəvi olaraq Rustaveli prospektində parlament binası yaxınlığında toplaşıblar.

Daha sonra onlar qanunvericilik binasından bir neçə kilometr aralıda yerləşən Avropa meydanına yürüş təşkil ediblər.

Bütün yürüş boyu etirazçıların hərəkət etdikləri küçələr bağlanıb, onları polis müşayiət edib.

0.25900101661682