BMT Britaniyanın “Ruanda planı”na etiraz etdi

 

Birləşmiş Millətlər Təşkilatı (BMT) Böyük Britaniyanı qanunsuz miqrantların Ruandaya deportasiyası ilə bağlı mübahisəli qanun layihəsinin qəbulundan sonra çağırış edib.

“Ölkə.az” xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk və Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi qanun layihəsinin parlamentdə qəbul edilməsindən sonra narahat olduqlarını ifadə edərək, birgə çağırış ediblər:

“Biz bunun göstərəcəyi mənfi təsirlər barədə bir daha xəbərdarlıq edirik”.

Yazılı açıqlamada İngiltərəyə bunun əvəzinə qeyri-qanuni immiqrant axınının qarşısını almaq üçün əməli tədbirlər görülməsi tövsiyə edilib.

Qaçqın və immiqrantlarla bağlı görüləcək tədbirlərdə beynəlxalq əməkdaşlıq və insan hüquqları haqqında qanuna hörmətin vacibliyi də diqqətə çatdırılıb.

Xatırladaq ki, Ruandaya miqrantları aparacaq ilk reys 2022-ci ilin iyununda yola çıxmalı idi, lakin hüquqi problemlər səbəbindən sonra bu, ləğv edilmişdi. Dünən isə Britaniyanın Baş naziri Rişi Sunak onların 10-12 həftə ərzində Ruandaya deportasiya ediləcəklərini elan etmişdi.

0.27952599525452