613 gündür kronavirusla mübarizə aparan xəstə öldü

 

Niderlandın paytaxtı Amsterdamda il yarım ərzində koronavirusun 50 mutasiyasını keçirən yaşlı kişi ölüb.

"Ölkə.az" xəbər verir ki, həmin kişi 2022-ci ilin fevralından - 613 gün xəstə olub.

O, "Omikron" ştamına yoluxub və universitetin Tibb Mərkəzində müalicə alıb.

Onun xəstələnmədən əvvəl infeksiyaya qarşı bir neçə dəfə peyvənd olunduğu bilinir.

Təqaüdçünün bədənindəki virus cəmi üç həftə ərzində COVID-19 əleyhinə dərmanın aktiv maddəsinə uyğunlaşaraq mübarizə aparmağa başlayıb. Prosesi araşdıran alimlərin fikrincə, bu, dünyada ən uzun müddət davam edən koronavirus xəstəliyidir.

0.33702397346497