İranın hücumunun miqyası ABŞ-ı şoka saldı - KİV

 

İranın İsrailə hücumlarının miqyası ABŞ rəsmilərini şoka salıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə “Wall street journal” nəşri yazıb.

“İranın hücumunun miqyası aprelin 13-də Ağ Evin “situasiya otağına” toplaşanları şoka salıb. Bu, gözlədiyimiz həddən də yuxarı oldu”, - rəsmilərdən biri nəşrə açıqlamasında bildirib.

Qəzet yazıb ki, dünyada heç kim bu qədər ballistik raketin qarşısını ala bilməyib:

“Vaşinqtonda hesab edirlər ki, ABŞ və İsrail eyni anda 50 ballistik raketin qarşısı ala bilərlər, amma 100-dən çox raketlə bağlı Pentaqon təminat verə bilmir”.(Axar.az)

0.24464011192322