ABŞ ilk dəfə olaraq İsrail Müdafiə Qüvvələrinə (IDF) aid bir bölməyə qarşı sanksiyalar tətbiq edəcək.,
Demokratikmusavat.com xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən yazır.
Bildirilib ki, müvafiq qərarı ABŞ dövlət katibi Antoni Blinken yaxın günlərdə açıqlayacaq.
"Netzah Yehuda" batalyonu Fələstin ərazisində insan hüquqlarının pozulmasına görə məhdudlaşdırıcı siyahılara daxil ediləcək.
Sanksiyalar batalyonun və onun üzvlərinin ABŞ-dan hər hansı hərbi yardım almasının və ya ABŞ təlimatçılarından təlim almasının qarşısını alacaq.
Qeyd edilib ki, daha bir neçə ordu və polis bölməsi də araşdırılıb. Nəşrin həmsöhbətinin sözlərinə görə, problemlərin düzəldilməsi səbəbindən onlar sanksiyalara məruz qalmayacaqlar.