Deputatlığa namizəd qətl törətdiyini elan etdi

 

Tverdə Ədalətli Rusiya Partiyasından deputatlığa namizəd, tanınmış rusiyalı siyasətçi Yevgeni Nikolski həyat yoldaşını qətlə yetirib.

"Ölkə.az" xəbər verir ki, bu barədə “Maş” (Mash) Teleqram kanalı məlumat yayıb.

Hadisə bu gün Tver vilayətinin Staritski rayonunda baş verib. Qətlə yetirilən 36 yaşlı Yekaterina Nikolskaya ictimai fəaliyyətlərlə məşğul olub, uşaqlara rəqs öyrədib. Onun 11 aylıq qızı var.

Siyasətçi özü sosial şəbəkədəki hesabından cinayətini etiraf edib və peşman olmadığını, düz etdiyini, “başını dik tutaraq cəzanı çəkməyə hazır olduğunu” bildirib.

“İllər boyu bütün canını verdiyin insanın sənə xəyanəti cəzasız qalmamalıdır. Mənimlə nə olacağı vecimə deyil, əsas odur ki, yalançı məxluq layiq olduğu şeyi aldı və onun kimilərin hamısının taleyi eyni olsun.
Hamıya yalnız bir xahişlə müraciət edirəm - qızı xilas edin... O, mənim yaşamaq üçün son stimulumdur”, - Nikolski deyib.

Siyasətçi artıq həbs edilib.

0.25930690765381