Kreml ABŞ Nümayəndələr Palatasının Kiyevə hərbi yardım haqqında qanun layihəsini təsdiqləməsinə reaksiya verərək bunun Ukraynanı daha da pis vəziyyətə salacağını bildirib.
Bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov TASS-a söyləyib.
“Ukraynaya yardım göstərmək qərarı gözlənilən idi və bu, Amerika Birləşmiş Ştatlarını daha da zənginləşdirəcək və Ukraynanı daha da viran qoyacaq, Kiyev rejiminin günahı üzündən daha çox ukraynalının ölümünə səbəb olacaq”, – o deyib.
Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Daha sonra qanun layihəsi əksəriyyətin Ukraynaya yardımı dəstəklədiyi Senata ötürüləcək.