Hücum təkcə İran üçün deyil, Rusiyaya da siqnaldır - İsrail mediası

 

Aprelin 19-da döyüş təyyarələrinin hücumuna məruz qalan İsfahandakı hərbi bazada Rusiya istehsalı olan C-300 hava hücumundan müdafiə sisteminin zədələnməsinin peyk görüntüsü təkcə İran üçün deyil, həm də Rusiya Federasiyası üçün siqnaldır.

Ölkə.Az xəbər verir ki, bu barədə İsrail media "Ynet" yazıb.

“Əgər batareya həqiqətən zədələnibsə və hücum edən tərəf İsraildirsə, o, faktiki olaraq bir daşla iki quşu öldürüb”, - deyə bildirilib.

Məqalədə qeyd olunur ki, yəhudi dövləti Tehrana birbaşa ona hücum edə biləcəyini sübut edib, həmçinin Moskvaya Ukraynaya qarşı müharibədə istifadə olunan pilotsuz təyyarələr müqabilində İranın nüvə proqramına kömək etməməyi eyham edib.

Ölkə.Az

0.35855793952942