Netanyahu Berbokla mübahisə etdi: Biz nasist deyilik!

 

Almaniyanın xarici işlər naziri Annalena Barbok və İsrailin baş naziri Benyamin Netanyahu arasında Qəzza zolağındakı müharibə ilə bağlı qızğın mübahisə yaşanıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə İsrailin “Kanal 13” telekanalının jurnalisti Moria Asad Volberq deyib.

O bildirib ki, siyasətçilər bir-birilərinə qarşı olduqca ağır ittihamlar səsləndiriblər.

Mübahisəyə səbəb İsrailin tərəfinin alman nazirə Qəzzadan göstərdiyi görüntülərlə bağlı olub.

Belə ki, videoda Qəzza zolağında bazarlar, orada xeyli ərzaq məhsullarının olduğu görünür.

İddia edilir ki, bu yolla İsrail tərəfi Berboka sübut etmək istəyib ki, Qəzzada aclıq problemi Avropa ölkələri rəsmilərinin düşündüyü qədər kəskin deyil.(Axar.az)

0.2513279914856