Türkiyə İran və İsrail arasında yaranmış gərginliyi yaxından izləyir.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rəsmi Ankara tərəfləri gərginliyi artıracaq, böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Xatırladaq ki, İsrail aprelin 19-u səhər saatlarında İranın bir neçə bölgəsində hərbi obyektlərə hava zərbələri endirib.
Axar.az İran mediasına istinadən yazır ki, İsrail Hərbi Hava Qüvvələrinin F-35 təyyarələrindən istifadə edərək, İran, Suriya və İraq ərazisinə zərbələr endirməsi nəticəsində İsfahan və Təbrizdə güclü partlayış səsləri eşidilib. Partlayışların dəqiq yeri və təfərrüatlar barədə açıqlama verilməyib.