Həkimə gedən qadın ərinin xəyanətini öyrəndi

 

Reddit sosial şəbəkəsində 32 yaşlı qadın ərinin xəyanətinin üstünü necə açdığını paylaşıb.

“Medicina” xəbər verir ki, qadın 40 yaşlı ərinin tez-tez məzuniyyət və səfərlərə getdiyini, buna görə hər dəfə 2-3 həftə evdə olmadığını bildirib.
“Mən təklikdən depressiyaya düşürdüm və özümü pis hiss edirdim.

Növbəti səfərindən qayıdanda o, penisində güclü ağrıdan şikayətləndi. Biz həkimə getdik və qonoreya aşkarlandı. 3 gün sonra mənim gözümdən konyuktivit çıxdı. Məlum oldu ki, artıq məni yoluxdurub”.

Kişi məcbur olub həkimə ezamiyyətdə olanda eskort qadınların xidmətindən istifadə etdiyini etiraf edib.

Əri bildirib ki, o həmişə qorunub və eskortla əlaqəni xəyanət hesab etmir.
Kişi bağışlanmağını istəyib. Qadın ona ikinci şans verməyi düşünür. Çünki onlar 15 ildir evlidir.

Qadın dünyasının yıxıldığını, artıq kişilərə inanmadığını bildirib.
 

0.21606707572937