General-mayor Əlixanın qalmaqallı saxlanılması: üzü üstə yıxdılar - VİDEO

 

Dağıstanda yol polisi əməkdaşları Çeçenistanın Fövqəladə Hallar Nazirliyinin rəisi, general-mayor Əlixan Çakayevi sərt şəkildə saxlayıblar .

Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, hadisə bazar günü, aprelin 14-də baş verib.

Generalın qara rəngli “GMC” markalı yolsuzluq avtomobili idarə etdiyi və yerli yol polisi əməkdaşlarının diqqətini çəkdiyi bildirilir. Onlar avtomobili Novolakski rayonundakı Gerzel keçid məntəqəsinin yaxınlığında saxlamağa cəhd ediblər.

Məlumata görə, yolsuzluq avtomobilinin sürücüsü polisin əmrinə tabe olmayıb və qaçmağa cəhd edib. O, arxaya dönüb yol polisi əməkdaşlarının üzərinə sürməyə çalışıb. O, sərxoş olub. Nəticədə avtomobil "dəmir kirpidən" istifadə edilərək saxlanılıb.

Sürücü maşından çıxarılaraq üz üstü asfaltın üzərinə uzadılıb. Onun yanında heç bir sənəd olmayıb.

Həmçinin bildirilir ki, məmuru xilas etmək üçün çeçen yol polisləri və xüsusi təyinatlılar gəlib, davadan sonra Çakayev aparılıb və təhlükəsizlik qüvvələri də onun avtomobili üçün gəlib.

Çeçenistan hakimiyyəti insidentlə bağlı rəsmi açıqlama verməyib.

Miri

0.23375296592712