Ləğv prosesində olan "Günay Sığorta" ASC kreditorlarına müraciət edib.
Demokratikmusavat.com xəbər verir ki, kreditorlar tələblərini cari ilin iyunun 1-nə kimi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 75 C (AZ1065) ünvaına bildirə bilərlər.
Qeyd edək ki, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq "Günay Sığorta" Açıq Səhmdar Cəmiyyətinin (Cəmiyyət) (VÖEN: 1700277131) müraciəti əsasında Mərkəzi Bankın İdarə Heyətinin 24 iyun 2023-cü il tarixli 32 saylı qərarı ilə Cəmiyyətin lisenziyası ləğv olunub. Hazırda cəmiyyət ləğv prosesindədir.