İranda parad zamanı gözlənilməz hadisə: Hərbçilər su şırnağına “məruz qaldılar” - VİDEO

 

İranda Ordu Gününə həsr olunmuş təntənəli mərasimdə gözlənilməyən hadisə yaşanıb.

Hərbi parad zamanı TOMA (Kütləvi ixtişaşlara müdaxilə maşını) işə düşüb və nəticədə hərbçilər su şırnağına “məruz qalıblar”.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə su şırnağının hərbçilərin üzərini islatdığı kadrlar yer alıb. 

Qeyd edək ki, İran Ordusu Günü münasibəti ilə ölkənin böyük şəhərlərində ordunun bütün bölmələrindən təmsilçilərin iştirakı ilə hərbi paradlar keçirilib. İran prezidenti İbrahim Rəisi də Tehranda keçirilən mərasimdə çıxış nitqi ilə iştirak edib.
Ordu Günü 1979-cu ildə İran İslam Respublikasının banisi ayətullah Xomeyni tərəfindən təsis edilib və adətən hər il aprelin 18-də qeyd olunur, lakin bu il mərasim aprelin 17-nə keçirilib.

 

0.19264578819275